Hamiləlik zamanı dişlərin müalicəsi
Stomatoloqun yanına nə qədər çox müntəzəm şəkildə getsəniz, hamiləlik zamanı dişlərin sağlamlığını qoruyub saxlamaq o qədər asan olacaq. Ən yaxşısı stomatoloji sağlamlıqla, mütəxəssisin konsultasiyasına gedərək və mövcud problemi həll edərək, planlaşdırma mərhələsində məşğul olmaqdır. Lakin bunu etməyi çatdırmamısınızsa, bu fəlakət deyil: prosedurların çoxunu hamiləlik zamanı da həyata keçirmək olar – əsası odur ki, bunu gecikdirməyin və dişlərin müalicəsini sonraya saxlamayın.
Xəstə dişlər dölə necə təsir göstərir?
Hamiləlik zamanı gingivit (diş əti iltihabı) və kariyes yaranması riski mövcud olur. Bu nə ilə əlaqədardır?
Diş ətinin qanaması və ya gingivit adətən, orqanizmin hormonal yenidən qurulması baş verdiyi zaman, yəni hamiləliyin ikinci və ya üçüncü trimestrində əmələ gəlir ki, bu da həmçinin bakteriyaların sürətlə artmasına gətirib çıxara bilər. Gingivit zamanı diş əti şişir və sərt qida ilə, kiçik belə olsa, təmas zamanı qanamağa başlayır. Yayılmış xəta – gələcək analar gingivitlə qarşılaşdıqları zaman dişlərini az yumağa başlayırlar ki, diş ətini narahat etməsinlər. Hər şey əksinədir: dişlərinizi nə qədər az yuyursunuzsa, diş əti o qədər çox qanayacaq. Ən əsası odur ki, həyəcanlanmayın, hər qida qəbulundan sonra dişlərinizi diqqətli şəkildə yumağa davam edin, diş ətinin qanaması ilə mübarizə aparan diş məcunu, antiseptik vasitələrin istifadəsi zərurəti ilə əlaqədar olaraq stomatoloqla məsləhətləşin. Həmçinin ağız boşluğu üçün yaxalayıcıdan istifadə etmək olar1.
Yayılmış digər problem kariyesdir. Hamilə qadında tüpürcəyin tərkibi dəyişir: adi günlərdə onun tərkibində diş minasını möhkəmləndirən və qoruyan maddələr olursa, indi onların miqdarı azalır və mina daha zəifdir.
Birinci trimestrdə tez-tez ürəkbulanma, qıcqırma və reflüks baş verir ki, bu da diş minasına yaxşı təsir göstərmir. Qusduqdan sonra (qusma kütlələrinin tərkibində minanı dağıdan turşu var) ağzınızı ftor tərkibli xüsusi yaxalayıcı ilə, soda məhlulu ilə (bir stəkana 1 çay qaşığı) və ya sadəcə su ilə yaxalayın. Dişləri isə tutmadan dərhal sonra yumamaq daha yaxşıdır, ən azı 30 dəqiqədən sonra yuyun ki, bu müddət ərzində mina bir az bərpa olunsun2. Və ən əsası: kariyesiniz varsa, dərhal dişlərin müalicəsi üçün stomatoloqa müraciət etmək lazımdır.
Optimal vaxt
Hamiləlikdən öncə stomatoloqun yanına gedə bilməmisinizsə, bunu xoşbəxt xəbəri aldıqdan dərhal sonra edin – heç bir yeriniz ağrımasa belə. Dişlərinizi yoxladın, uzun müddətdir təxirə saldığınız hər şeyi müalicə edin, diş daşını və ərpini təmizləyin. Həkimə mütləq halınız barədə xəbərdar etmək lazımdır. Bundan irəli gələrək, o hansı prosedurları indi edəcəyinə, hansılarını isə doğuşdan sonrakı dövrə və ya ikinci trimestrə təxirə salacağına qərar verəcək.
Birinci trimestrdə uşağın daxili orqanlarının və toxumalarının bünövrəsinin qoyulması baş verir. Buna görə, birinci aylarda yalnız ən zəruri xəstəlikləri müalicə etmək tövsiyə olunur – kariyesi, pulpiti, periodontiti və digər infeksiyaları. Narahat olmayın: sizin üçün də, gələcək uşaq üçün də həkim müdaxiləsi ağrı və mikroblardan qat-qat yaxşıdır.
Üçüncü trimestrdə stomatoloqun yanına getdiyiniz zaman. Həkim güclü ağrının vaxtından əvvəl doğuşa səbəb ola biləcəyini nəzərə almalıdır. Ciddi cərrahi müdaxilələrə, protezləməyə, xüsusi kimyəvi vasitələrin istifadə edilməsi ilə ağartmaya gəldikdə isə, bu cür prosedurları doğuşdan sonrakı dövrə qədər təxirə salmaq daha yaxşı olar.
Hamiləlik zamanı dişlərin müalicəsinin xüsusiyyətləri
Hamiləlik zamanı dişlərin müalicəsinə başlayıb-başlamamaqla əlaqədar qərarı həkim verməlidir. Məhz o bütün "olar" və "olmazları" ölçüb- biçə və orqanizminiz üçün nəyin stress olacağına (ciddi həkim və dərman müdaxiləsi, yoxsa müalicə olunmamış dişin verdiyi ağrı və bakteriyaların çoxalması və yayılması üçün daimi ocaq) qərar verə bilər.
Anesteziya
Çoxları hesab edir ki, anesteziya hamiləlik zamanı əks göstərişlidir və hamiləlik zamanı həkimə getməkdən qorxurlar. Xoşbəxtlikdən, bu, mifdir. Müasir elm hesab edir ki, hamiləlik zamanı anesteziyadan istifadə etməklə dişləri müalicə etmək yol veriləndir. Müasir vasitələr gündən-günə daha çox istiqamətləndirilmiş təsirə malik olmağa başlayır, onlar yalnız öz funksiyasını yerinə yetirir, bu lokal ağrısızlaşdırmadır ki, dişlərə və diş ətinə təsir göstərir və plasentar baryerdən keçmir. Həkimə hamiləlik barədə xəbər verin, dəqiq vaxtı deyin, onun təhlükəsiz ağrısızlaşdırıcı vasitədən istifadə edəcəyini dəqiqləşdirin.
Anesteziyanın lehinə daha bir arqument: gücla ağrı zamanı orqanizm özü hal-hazırda ümumiyyətlə lazım olmayan adrenalin ifraz edəcək, buna görə, heç bir halda, sadəcə dərman müdaxiləsindən qorxaraq, güclü ağrıya dözmək olmaz.
Daha bir yayılmış qorxu rentgenlə əlaqədardır. Məhz həkim konkret vəziyyətdə rentgen olmadan kifayətlənməyin mümkün olub- olmadığı barədə ölçüb- biçilmiş qərar qəbul edə bilər. Həkim rentgen təyin etməyə qərar verdikdə, narahat olmayın – əslində, dölə zərərvermə riski son dərəcə cüzidir. Birincisi, dişlərin rentgenini edərkən həkim sizə xüsusi qoruyucu önlük taxacaq. İkincisi, doza minimal olacaq və yalnız dişlərə istiqamətləndiriləcək.
Dişlərin çəkilməsi
Əlbəttə, dişin çəkilməsini doğuşdan sonrakı dövrə qədər təxirə salmaq daha yaxşıdır. Lakin elə hallar olur ki, doğuşu gözləmədən dişi çəkmək daha yaxşı olur. Məsələn:
- Diş ətinin infeksiyası zamanı diş artıq diş ətində durmur və bu güclü ağrıya səbəb ola bilər.
- Qida qalıqları artıq dişi məhv etmiş infeksiyaya səbəb ola bilər. Bu güclü ağrıya səbəb olur.
- Yeni dişin, məsələn, ağıl dişinin çıxması. Bəzən ağrı o qədər güclü olur ki, həkim dişi çəkmək qərarına gəlir.
Bu cür olan hallarda, həkim daha az zərərin seçilməsindən irəli gəlməlidir: hansı daha pisdir – ağrı və və ya həkim müdaxiləsi. Burada ümumi resept mövcud deyil, hər bir halda, həkim məsələni, problemdən və hamiləlik müddətindən irəli gələrək, fərdi qaydada həll edir. Buna görə, əsas olanı etibar etdiyiniz həkimi seçməkdir.
Medi̇kamentoz terapi̇ya
Öyrəndiyimizə görə, gələcək ananın dişlərini müalicə etmək olar və lazımdır, həm də kəskin diş ağrısının ciddi infeksiyalara, hətta vaxtından əvvəl doğuşa səbəb ola biləcəyini bilə-bilə. Əsas olan odur ki, təlimatları diqqətlə oxuyasınız: axı elə dərman vasitələri var ki, hamiləlik zamanı onlardan uzaq durmaq lazımdır:
Antibiotiklər-tetrasiklin, xüsusilə də doksisiklin. Həkimlər arasında hətta belə bir termin var: "tetrasiklin dişləri" – bu sarımtıl- boz diş minası çaları hamiləlik zamanı anaları tetrasiklin sırasından olan antibiotiklər qəbul etmiş körpələrdə əmələ gəlir. Bu cür problem zamanı nə dişlərin aktiv təmizlənməsi, nə ağardıcı diş məcunu kömək etmir, mütəxəssisə müraciət etmək və lazerlə ağartma etdirmək və ya vinir qoydurmaq lazım olacaq. Bundan əlavə, tetrasiklin antibiotikləri dölün ümumi inkişafına da son dərəcə xoşagəlməz təsir göstərir, buna görə, hamilələrə qəti əks göstərişli ola bilər3.
Aminqlikozidlər hamilələrə müstəsna hallarda təyin olunur, çünki eşitmə qabiliyyətinin inkişaf etməsinə təsir göstərə, karlığa səbəb ola bilər.5.
Bundan əlavə, sulfanilamidlər, makrolidlər, ftoxinalonlar, pirimetamin və bir sıra digər antimikrob vasitələr hamiləlik zamanı əks göstərişlidir və ya məhdudiyyətlərlə tətbiq oluna bilər5.
Buna görə, həmişə stomatoloqu vəziyyətiniz barədə xəbərdar edin ki, o müvafiq müalicə təyin edə bilsin. Həmçinin bu təyinatları izah edə biləcək ginekoloqunuzla məsləhətləşmək lazımdır.
Ссылки
- https://www.webmd.com/oral-health/pregnancy-gingivitis-tumors#1
- https://www.womenshealth.gov/a-z-topics/oral-health
- https://www.uptodate.com/contents/tetracyclines?search=tetracycline%20pregnancy&source=search_result&selectedTitle=2~148&usage_type=default&display_rank=1#H12
- https://www.uptodate.com/contents/treatment-of-rocky-mountain-spotted-fever?search=chloramphenicol%20pregnancy&source=search_result&selectedTitle=2~84&usage_type=default&display_rank=1#H3044774660
- http://spravka.komarovskiy.net/vliyanie-otdelnyx-antimikrobnyx-sredstv-na-mat-i-plod.html