Uşağın cinsiyyətinin müəyyən edilməsi
"Uşağın cinsiyyətini öyrənəcəksən?" – bu, yəqin ki, insanlar hamiləliyiniz barədə öyrəndikdən sonra, ən çox verilən sualdır. Əgər siz həqiqətən uşağınızın cinsiyyətini müəyyən etmək istəyirsinizsə, hamiləlik müddəti ərzində sizin bunun üçün bir neçə alternativiniz var.
İkinci ultrasəs diaqnostikası adətən 20-24-cü həftədə keçirilir.
İkinci ultrasəs diaqnostikası sadəcə uşağınızı görmək deyil, həmçinin körpənizin cinsiyyətini müəyyən etmək imkanıdır.
Yadda saxlamağınız vacibdir ki...
Körpəniz onun cinsiyyət orqanlarını gizlədəcək vəziyyətdədirsə, USM operatorunun uşağın cinsiyyətini müəyyən edə bilməyəcəyi ehtimalı var.
10-12-ci həftədə qeyri-invaziv doğuşöncəsi test
Qanın qeyri-invaziv doğuşöncəsi testi uşağın cinsiyyətini daha erkən hamiləlik mərhələsində müəyyən etməyə imkan verir.
Yadda saxlamağınız vacibdir ki...
Təsvir olunan prosedurlardan bəziləri ciddi olaraq göstərişlər olduqda həyata keçirilir, ehtimal var ki, sizə bu prosedurlar təklif olunmayacaq. Sizə həkiminizlə məsləhətləşməyi tövsiyə edirik ki, uşağın cinsiyyətinin müəyyən edilməsi üzrə bu metodun sizin üçün uyğun olub-olmadığı müəyyən edilsin.
Uşağın cinsiyyəti necə və hansı müddətdə formalaşır?
Uşağın cinsiyyəti döl əmələ gəldiyi zaman formalaşır və X, -X və ya Y xromosomlu toxum hüceyrəsini mayalandıran spermatozoidin hansı xromosoma malik olduğundan asılıdır. XY xromosomları oğlan embrionlarını formalaşdırır, XX – qız embrionlarını.
Hamiləliyin səkkizinci həftəsinə qədər bu və ya digər embrionların cinsiyyət orqanları bir- birindən heç nə ilə fərqlənmir. Kişi və qadın cinsiyyət orqanları yalnız növbəti bir neçə həftədə inkişaf etməyə başlayır. Məhz buna görə, uşağın cinsiyyətinin ultrasəs diaqnostikası vasitəsilə müəyyən edilməsi yalnız 16-cı həftədən etibarən mümkündür.
Uşağın cinsiyyətini müəyyən etməyə dəyərmi?
Əsas olan ürəyinizcə olanı etməkdir. Uşağın cinsiyyətin müəyyən etmək, yaxud sürprizə hazırlaşmaq istəməyiniz əhəmiyyətli deyil – seçim sizə və yalnız sizə məxsusdur, lakin diaqnostik prosedurlardan sui-istifadə etməmək və həkimin tövsiyələrinə riayət etmək əhəmiyyət kəsb edir.
Və unutmayın – hər hansı sualınız yaranarsa və ya hər hansı başqa narahatlığınız olarsa, həkimlə və ya mama ilə məsləhətləşin.
L.RU.MKT.CC.07.2019.2793
Источники: