Uşaq əmizdirən ananın doğuşdan sonrakı birinci ayda qidalanması
Uşaq əmizdirən ananın orqanizminin əlavə kalorilərə ehtiyacı var. Laktasiya — orta hesabla gündə 750-800 ml süd. Orqanizmə əlavə 500-600 kalori lazımdır1. Lakin hamiləlik zamanı da olduğu kimi, bu o demək deyil ki, qadın laktasiya zamanı iki nəfərin yeməyini yeməyə başlamalıdır. O iki dəfə yaxşı və müxtəlif çeşiddə qidalanmalıdır ki, uşağı zəruri maddələrlə təmin edə bilsin. Kalorilərin birinci hissəsini ananın orqanizmi hamiləlik zamanı yığılmış artıqlardan əldə edir. İkinci hissə qida ilə birlikdə daxil olur.
Qidalanma rejimi təxminən hamiləlik zamanı istifadə olunan rasionu təkrar edir (tövsiyələrə riayət etmisinizsə). Lakin fərqlər də var.
Adi xətalar
Arıqlamaq üçün pəhriz
Laktasiyanın başlanğıcı pəhriz üçün uyğun vaxt deyil. Orqanizm gündəlik olaraq əlavə 500-600 kalorini sadəcə süd ifrazı sayəsində yandırır. Qidalanmanıza nəzarət edin, "iki nəfərin yeməyini yeməyin", orqanizmə fayda verməyən məhsullardan istifadə etməyin. Bununla siz hamiləlik müddəti ərzində yığdığınız çəkini itirəcəksiniz. Sonra hər şey öz yerini tutacaq.
Qida qəbulunun buraxılması
İndi sizə enerji lazımdır, körpə anadan olduqdan sonra qaçılmaz şəkildə yaranan bütün çətinliklərə baxmayaraq, həyatınızı elə təşkil etməyə çalışın ki, müntəzəm şəkildə yemək yeyəsiniz: gündə üç dəfə + iki kiçik qəlyanaltı.
Alkoqol
Doqquz ay ərzində alkoqoldan tamamilə imtina etdikdən sonra elə gəlir ki, indi məhdudiyyətlər götürülür. Lakin laktasiyanın sonuna qədər gözləmək lazım olacaq. Alkoqol tez bir zamanda südə qarışır, dadı dəyişir və uşağın sağlamlığına fayda vermir.
Nə yemək olar?
Doğuşdan dərhal sonra, ananın qidalanması, hər şeydən öncə, müxtəlif, menyu isə ətlə, balıqlar, müxtəlif sıyıqlarla, meyvə-tərəvəzlərlə, dənli bitkilərlə və süd məhsulları ilə zəngin olmalıdır. Unutmayın ki, indi körpə orqanizm üçün bütün "tikinti materiallarını" müstəsna olaraq ana südündən əldə edir.
Uşaqların tez-tez ana südü ilə tam əldə etmədikləri bir neçə əsas vitamin və minerallar: A, C və D vitaminləri, kalsium. Əsas diqqəti aşağıdakı məhsullara yetirin:
- Dəmirlə zəngin olan məhsullar ət, toyuq əti, balıqdır ki, bitki məhsullarından fərqli olaraq, dəmir bu məhsullardan ən yaxşı şəkildə həzm olunur. Dəmir çatışmazlığı anemiyaya, tez yorulmalara, kaprizlərə gətirib çıxarır. Bu zaman, baxdığımız halda, bu həm anaya, həm də uşağa aiddir. Heyvan mənşəli qidalardan istifadə etməyən vegetarian analara çoxlu miqdarda bitki mənşəli zülal, habelə tərkibində dəmir və B12 vitamini olan vitamin-mineral kompleksi qəbul etmək zəruridir.
- Körpəyə böyüməsi üçün kalsium çatmırsa, o onu ananın orqanizmindən, onun sümüklərindən götürəcək. Onları tez sınan və kövrək olacaq, sınıq riskləri yüksələcək, diş problemləri başlayacaq. Rasionda süd məhsullarının (süd, qatıq, pendir, kəsmik) və kalsiumla zəngin olan digər məhsulların (brokkoli, yumurta sarısı, kərəviz, kələm) kifayət qədər olmasına nəzarət edin. Unutmayın ki, uşaq əmizdirmənin birinci altı ayında orqanizm 1400 mq kalsium qəbul etməlidir. Onu yeməklə kifayət qədər qəbul edə bilmirsinizsə, vitaminlərlə əlaqədar olaraq həkimlə məsləhətləşin. Kalsiumdan başqa, onların tərkibində D vitamini də olmalıdır ki, kalsium həzm oluna bilsin.
- A vitamini görmə aparatının, tənəffüs sisteminin, dərinin inkişaf etməsi üçün zəruridir. Yumurta sarısı, kərə yağı və kök onunla zəngindir.
- C vitamini immuniteti gücləndirir. Sitrus meyvələrində də (limon, portağal, qreypfrut) ondan çox olur, lakin bu meyvələr güclü allergenlərdir. Onları ehtiyatla, uşağa nəzarət edərək, yemək lazımdır. Hətta allergiya reaksiyası olmasa belə, gündə ən çoxu bir-iki portağal və ya qreypfrut yeyin.
- Çoxlu miqdarda su (başqa maye deyil, su) için. Gündə 1.5-2 litr su orqanizmə qidanı düzgün həzm etməyə və normal fəaliyyət göstərməyə imkan verir.
Qida məhdudiyyətləri
Hansı məhsulları ümumiyyətlə istisna etmək və hansılarını ehtiyatla istifadə etmək lazımdır?
- Kofein ana südünə tez bir zamanda qarışır. Çay, qəhvə, isti şokolad və ya Coca-Cola tipli içkilərdən gündə ən çoxu iki fincan için.
- Energetik içkilərdən uzaq durun, onların tərkibində adətən uşaq üçün təhlükəli olan maddələr olur.
- Şirin şeylərdən çox istifadə etməyin – qida dəyəri olmur, artıq çəki problemləri isə həm anada, həm də uşaqda yarana bilər.
- Potensial olaraq tərkibində metilcivə ola biləcək balıq növlərinin istifadəsini məhdudlaşdırmaq daha yaxşı olardı. Bu toksik birləşmə dünya okeanının çirklənməsi nəticəsinə əmələ gəlir və yosunlar – plankton – kiçik balıqlar – iri balıqlar qida zənciri ilə süfrəmizə qədər gəlib çıxır. Metilcivənin artıq miqdarda olması orqanizmə pis təsir göstərir. O, daha çox başqa balıqlarla qidalanan iri balıqların tərkibində mövcud olur. Tuna balığının, marlinin, xanı balığının, adi durnabalığının istifadəsini məhdudlaşdırın (tamamilə istisna etməyin). Bu zaman balıqdan tamamilə imtina etmək mümkün deyil, çünki o həmin dövrdə körpənin beyninin və görmə orqanlarının inkişafı üçün zəruri olan əvəzolunmaz yağ turşuları ilə (məsələn, omeqa-3) zəngindir. Omeqa-3-ün əldə olunmasının ən sadə yolu tərkibində bu əhəmiyyətli qidalandırıcı komponentin olduğu vitamin-mineral komplekslərinin istifadə edilməsidir.
- Uşaq əmizdirən anaların tez-tez qarşılaşdığı daha bir problem körpənin qida allergiyasıdır. Həkimlərin onun yaranması səbəbləri barədə ümumi rəyi yoxdur. Kim isə onu genetik meyllə, kim isə ekologiyanın pis olması ilə əlaqələndirir. Allergen olaraq istənilən hər şey çıxış edə bilər – süddən tutmuş balığa qədər. Uşaq əmizdirmənin lap əvvəlində hər yeni məhsulu ehtiyatla istifadə edin və heç bir məhsulu çoxlu miqdarda qəbul etməyin. Uşağın dərisində özünəməxsus qıcıqlanma və qızartılar gördüyünüz zaman uşaq əmizdirməzdən öncə nə yediyinizi xatırlayın. Bu məhsulu istisna edin və səpgilər 48 saat ərzində keçəcək. Söhbət hər hansı bir məhsuldan, məsələn, qarabaşaqdan, gedirsə, pəhrizə riayət etmək çətinlik təşkil etmir. Uşağın südə və ya qlütenə allergiyası varsa, laktasiya zamanı ananın həyatı çox çətinləşir. O, tərkibində laktoza və un olan bütün məhsulları rasiondan istisna etməli olacaq. Qidada qidalandırıcı maddələrin çatışmazlığını vitamin kompleksləri ilə kompensasiya edin.
Bəzi həkimlər belə bir mövqenin tərəfdarlarıdırlar ki, uşaq əmizdirən ananın uşaqdakı allergiya reaksiyaları ilə sübut edilmiş əlaqə mövcud deyil. Digərləri qidalanmada məhdudiyyətləri tövsiyə edir. Özünüzü sığortalamaq üçün, uşaq əmizdirmənin lap əvvəlində hər yeni məhsulu ehtiyatla istifadə edin və heç bir məhsulu çoxlu miqdarda qəbul etməyin. Uşağın dərisində özünəməxsus qıcıqlanma və qızartılar gördüyünüz zaman isə, etibar etdiyiniz pediatra müraciət edin. Uşaqda inək südünə və ya qlütenə allergiya müəyyən edilmişdirsə, uşaq əmizdirmə dövründə pəhriz xüsusiyyətlərinə dair həmçinin həkimlə məsləhətləşmək lazımdır.
Lakin unutmayın ki, uşaq əmizdirmə dövründə vitamin və mikroelement çatışmazlığı sadəcə uşaq əmizdirən ananın sağlamlığının ümumi vəziyyətinə mənfi təsir göstərmir, həmçinin uşaqda mədə-bağırsaq pozuntularına və onun böyüməsinin və inkişafının pozulmasına gətirib çıxara bilər.
Südün artması üçün nə yemək lazımdır?
Bir çox ölkədə müxtəlif inanclar var. Bir çox adam hesab edir ki, yulaf, badam, düyü, toyuq əti və ya südlü çay laktasiyaya səbəb olur. Bu mövzuda olan ən yayılmış yanlış düşüncə pivə ilə əlaqədardır. Bu həqiqətə uyğun deyil, alkoqol, əslində, "məhsuldarlığı" aşağı salır.
Uşaq əmizdirən qadının istifadə etdiyi bu və ya digər məhsulun laktasiyanı artırdığını sübut edən elmi tədqiqat mövcud deyil.
Süd kifayət qədər deyilsə, uşağı, bacardığınız qədər tez-tez sinənizin üzərinə qoyun.
Uşaq əmizdirmə zamanı menyu
Uşaq əmizdirmənin ilk aylarında ananın rasionu balanslaşdırılmış olmalıdır. Sadəcə bir məhsuldan istifadə etməyin, bu uşaqda mədə problemlərinə səbəb ola bilər.
Doğuşdan dərhal sonra qadının gündəlik menyusuna mütləq aşağıdakılar daxil olmalıdır2:
- Üç porsiya tərəvəz (tünd-yaşıl və sarı rəngli tərəvəzlər də daxil olmaqla)
- İki porsiya meyvə.
- Kəpəkli çörək, sərt buğda növlərindən olan makaron, düyü və ya digər dənli bitkilər və ya kartof.
- Gündə iki-üç dəfə ət, quş əti, yumurta və ya balıq.
Gəlin realist olaq – hazırkı tələsik zamanımızda diyetoloqların bütün tövsiyələrinə riayət etmək çox çətindir. Lakin qadın adətən yalnız özü qarşısında cavabdehlik daşıyırsa, uşaq əmizdirmə zamanı onun üzərinə uşağın sağlamlığına görə də məsuliyyət düşür, axı o bütün qidalandırıcı maddələri sadəcə ana südündən əldə edir. Buna görə, yenə də, həkimlərin tövsiyələrinə qulaq verin və rasionunuzu daha çox müxtəlif edin, çatışmayan elementləri isə uşaq əmizdirən analar üçün vitaminlərlə əvəz edin.