Hamiləlik zamanı qıcqırma
Orqanizm üçün hamiləlik zamanı baş verən daimi dəyişikliklərə uyğunlaşmaq asan deyil. Buna görə, vaxtaşırı olaraq, qeyri-adi və xoşagəlməz hisslər yaranır.
Qıcqırma simptomları
Yemək yedikdən sonra döş sümüyü nahiyəsində yanma başlayır, ağızda xoşagəlməz turş dad əmələ gəlir, mədədə isə ağırlıq hiss olunursa, bu qıcqırmadır. O, həmçinin, ürəkbulanmaya, boğazda xoşagəlməz hisslərə, çətin udmaya səbəb ola bilər. Qəfil əyildikdə və durduqda və ya sadəcə şam yeməyindən sonra uzandıqda da buna bənzər problemlər baş verir.
Hamiləlik zamanı niyə qıcqırma baş verir
Qıcqırma mədənin turş möhtəviyyatı (tibbdə ona reflüksat deyilir) qida borusuna düşdükdə və onun selikli qişası qıcıqlandıqda, mahiyyətcə, kimyəvi yanıq aldıqda başlayır. Bu sağlam insanlarda da bu cür olur, lakin hamilələr üçün xüsusi olaraq çətin olur: axı yığılmağa başlamaması və vaxtından əvvəl doğuşa səbəb olmaması üçün uşaqlıq əzələlərini zəiflədən progesteron hormonunun çoxlu miqdarda olması digər hamar əzələlərə də, o cümlədən, əsas tapşırığı məhz mədəni qida borusundan ayırmaq olan sfinkterə və adi halda intensiv şəkildə, reflüksatı geri mədəyə qaytararaq, yığılmalı olan mədənin divarlarına da təsir göstərir1,2. Bundan əlavə, qida borusu tez-tez hamiləliyin erkən vaxtlarında toksikoz səbəbi ilə baş verən qusma ilə artıq qıcıqlandırılıb. Uşaqlığın böyüməsi də ətraf orqanlara, o cümlədən mədəyə və qida borusuna öz təsirini göstərir: tədricən onların yerləşdiyi yer daha da daralır, təsadüfi deyil ki, qıcqırma simptomları, bir qayda olaraq, 20-ci həftədən sonra, döl tamamilə formalaşdıqda və təxminən 25 sm-dək böyüdükdə, özünü büruzə verməyə başlayır.
Hamiləlik zamanı qıcqırmaya necə qalib gəlmək olar
Bir neçə sadə ilkin tədbirlər var.
Birincisi, hamiləliyi aparan həkim, böyük ehtimalla, optimal pəhriz – rasiondan yağlı, acı, turş, həmçinin yaxşı olardı ki, qızardılmış yeməkləri, habelə tərkibində çoxlu miqdarda sellüloz olan məhsulları (kələmi, qırmızı turpu, ağ turpu, noxudu, lobyanı, mərciməyi, qara çörəyi, kəpəkli çörəyi), şirin və çox qazlı içkiləri, şokoladı, qəhvəni və alkoqolu istisna etməyi tövsiyə edə biləcək (bunu hamiləliyin lap əvvəlində etməmisinizsə).
İkincisi, qidalanma rejimini dəyişmək: az-az, lakin -tez-tez, gündə 5-6 dəfə yemək lazımdır. Qıcqırma zamanı turş süd məhsulları, qaynadılmış və ya qızardılmış balıq və ya yağsız ət, bişmiş tərəvəzlər (zeytun yağında bişsə daha yaxşıdır) və sürtgəcdən keçirilmiş, bişmiş meyvələr, quru meyvələrdən kompotlar faydalı olur.
Gün ərzində bacardığınız qədər çox maye içməlisiniz, qidanın qəbulunu isə yatmazdan 3-4 saat əvvəl dayandırmaq düzgün olar. Hündür yastıqda və ya yatağın baş tərəfini yuxarı qaldıraraq yatmaq daha yaxşıdır, qıcqırma gecə başladıqda isə – ayağa qalxın və bir az yeriyin. Şaquli vəziyyətdə reflüksat daha asan şəkildə əvvəlki yerinə qayıda bilər.
Yeri gəlmişkən, məhz buna görə, hamiləlik zamanı qamətinizi düz saxlamağınız daha yaxşıdır: beliniz nə qədər düz olarsa, mədə və qida borusuna təzyiq o qədər az olar. Eyni səbəblə, dar geyimdən uzaq durmaq daha yaxşıdır: qarın boşluğu orqanlarına onsuz da çətindir, onları kənardan da sıxmaq lazım deyil.
İstənilən halda, hamiləliyi aparan həkim halınızın bütün dəyişiklikləri barədə bilməlidir. Məhz o, tutmalar zamanı Sizi xilas edəcək və onları minimuma endirəcək dərman vasitələrinin seçilməsində yardım edəcək. Qastroenteroloqun da konsultasiyası lazım ola bilər. Lakin xoşagəlməz simptomlara bir dəfəlik qalib gəlmək, böyük ehtimalla, yalnız doğuşdan sonra mümkün olacaq.
Qıcqırmaya qarşı hansı dərman vasitələri kömək edir
Qıcqırmanın səbəbi, hər şeydən əvvəl, turşu olduğuna görə, əsas məqsəd bu turşuluğu neytrallaşdırmaqdır. Müvafiq olaraq, ən aydın dərman vasitələri antasid, yəni turşuluq əleyhinə olan vasitələrdir. Müasir tibdə tez-tez maqnezium və kalsium birləşmələri istifadə olunur, məsələn, turşunu neytrallaşdıran və hamilələrin istifadəsi üçün göstərişli olan "Renni" dərman vasitəsinin tərkibində.
Həkim həmçinin müalicəvi mineral suları tövsiyə edə bilər, həm də, hamiləlik zamanı və, xüsusilə də, qıcqırma zamanı mümkün qədər çox maye içmək tövsiyə olunur.
Xalq vasitələri də mövcuddur – qızıl çətir, bataqlıq kəcəvəri kökü dəmi, zəncəfil çayı.
Lakin nəyi isə qəbul etməzdən öncə, mütləq həkimlə məsləhətləşmək lazımdır. Unutmayın ki, qıcqırma, mahiyyətinə görə, müvəqqəti problemdir və doğuşa qədər qalan emosional olaraq zəngin həftələri qaraltmalı deyil.
Ссылки
- Richter J. E. Heartburn, Review article: the management of heartburn in pregnancy. Aliment Pharmacol Ther. 2005 Nov 1;22(9):749-57.
- Бурков С. Г. Изжога беременных // Гинекология. Приложение к журналу Consilium medicum. 2004. Т. 6, № 2 // http://old.consilium-medicum.com/media/gynecology/04_02/76.shtml
L.RU.MKT.CC.10.2018.2428