Hamiləliyin planlaşdırılması zamanı hansı vitaminlər qəbul edilməlidir?
Vitaminlərin vaxtlı-vaxtında qəbul edilməsi gözəlliyi, cavanlığı və sağlamlığı qorumağa kömək edir. Qadın həyatının müxtəlif mərhələlərində ona hansı vitamin və mikroelementlərin tələb olunduğunu araşdırırıq.
Məlum olduğu kimi, qadın orqanizminin əsas özəlliklərindən biri, təbiətin bizə bəxş etdiyi çox məsuliyyətli bir missiyadan - uşaq dünyaya gətirmək missiyasından ibarətdir. Hamiləlik planlaşdırıldıqda, hamiləlik zamanı və uşaq dünyaya gətirdikdən sonra sağlamlıq vəziyyətinin gözəl olması üçün qadın mütəmadi olaraq öz sağlamlığının qayğısına qalmalıdır. Belə ki, tərkibindən asılı olmadan, vitaminlər bu və ya digər istiqamətdə "işləyir": stresdən müdafiə edir, eləcə də, hamilə olmaq imkanını artırır.
Misal üçün, hamiləlik planlaşdırılan müddətdə fol turşusunun qəbul edilməsi xüsusilə vacibdir. Çünki bu vitamin həmçinin qadın orqanizminin reproduktivliyinə - hamiləliyə hazır olduğun cavabdehdir, yəni ginekoloqlara görə fol turşusunun miqdarı orqanizmdə kifayət qədər olmadıqda, hamiləlik baş verməyə bilər 1. Uşağı dünyaya gətirməyə hazırlaşarkən fol turşusunun qəbul edilməsini davam etdirmək vacibdir, ona görə ki, bu qiymətli vitamin ananın hələ hamiləlik barədə xəbərsiz olduğu erkən mərhələlərdə formalaşan dölün mərkəzi sinir sisteminin qüsurlarının inkişafı riskinin qarşısını alır2. Əhəmiyyətli hal odur ki, fol turşusu orqanizmdə sintezləşmir, buna görə də, onun xaricdən - qida ilə və / və ya vitamin-mineral kompleksi ilə birlikdə daxil olmasını nəzarət altında saxlamaq lazımdır.
Fol turşusu orqanizmdə sintezləşmədiyinə görə, onun daima orqanizmə xaricdən daxil olması nəzarət altında olmalıdır. Bir çox vitaminlər eyni zamanda qəbul olunduqda bir birinin müsbət təsirini artırmış olur. Fol turşusu ilə birlikdə dəmirin qəbul edilməsi də tövsiyyə olunur - o, hemoglobin zülalının yaranmasında iştirak edir ki, bu da öz növbəsində oksigeni bütün bədən hüceyrələrinə çatdırır. Aparılmış tədqiqatlar zamanı sübut edilmişdir ki, fol turşusunun dəmirlə birlikdə istifadəsi multivitamin komplekslərində daha yaxşı nəticə verir, nəinki ayrı-ayrı preparatlarda 3. Hamiləlik zamanı bədəndə qanın miqdarı 1,5 dəfə artanda, qanda mövcud olan dəmir ehtiyatı iki nəfər üçün kifayət etməyə bilər. Bu halda, xüsusi olaraq gələcək analar və süd verən analar üçün hazırlanmış Elevit vitamin-mineral kompleksinə müraciət etmək münasib olardı. Tərkibindəki bütün zəruri vitamin və mineral maddələr qadın orqanizminin xüsusilə mühüm dövrdə artmış ehtiyaclarını ödəmək üçün uyğun miqdarda balanslaşdırılmışdır.
C vitamini bizim orqanizm üçün əsas antioksidan hesab edilir, qan damarlarını möhkəmləndirərək və endokrin vəzlərin düzgün işləməsinə səbəb olaraq fol turşusunun və dəmirin qəbul olunmasında kömək edir. O, həmçinin kollagen liflərin artmasını stimullaşdırır, bununla da, qadın dərisinin möhkəm olmasına yardım edir4. E vitamini öz növbəsində əzələlərin elastikliyini və sağlamlığını qoruyur. Hamiləlik zamanı E vitaminin qəbul edilməsi çox vacibdir. O, uşaqlığın düzgün uzanmasına (onun boşluğunun ölçüsü 500 dəfəyədək böyüyə bilir!) və plasental inkişafa kömək edir4,6.
Qadınlar üçün A təkcə əlifbanın ilk hərfi deyil, həmçinin gözəllik vitaminidir: parıltısız saçların gücünü geri qaytarır, dərini bərabərləşdirir və ümumiyyətlə xarici görünüşə çox müsbət təsirini göstərir6. B vitamin qrupuna daxil olan vitaminlər xoş əhval-ruhiyyənin və tonusun qorunub saxlanmasının zəmanətidir. Belə ki, B6 vitamini gələcək uşağqda mərkəzi sinir sisteminin və digər orqanların formalaşmasında iştirak etdiyinə görə hamilə qadınlar üçün çox vacibdir, anada bu vitamin çatışmazlığı olduqda böyrək və damarların fəaliyyətində pozuntular müşahidə oluna bilər 5. D vitaminin çatışmazlığı yuxusuzluqla, spazmlarla, iştahanın azalması və yorğunluq hissi ilə özünü biruzə verir8. Hamiləlik zamanı vitaminin rolu çox böyükdür: o, kalsium ilə birlikdə dölün möhkəm sümüklərinin formalaşmasında əhəmiyyətli rol oynayır 7.
Bir çox qadınlar vitaminlərin qidadan alınmasının ən doğru hal olduğuna əmindir. Şübhəsiz, düzgün qidalanma çox vacibdir, lakin özünüz düşünün: orqanizmi bütün lazımı vitaminlərlə təmin etmək üçün, biz ən azı həftədə iki dəfə təzə və ya təzə dondurulmuş ət və balıq yeməliyik, hər gün süd məhsullarından və ən azı beş növ meyvə və tərəvəzdən istifadə etməliyik. Az sayda adam bu sadə olmayan pəhrizə riayət edə bilər. Əlavə olaraq, bir çox ərzaqlar bizim adi rasionumuzda yoxdur və yaxud kifayət qədər təqdim edilmir, üstəlik termik emal onların tərkibindəki bütün xeyirli maddələri yox edir.
Bu halda Elevit polivitamin kompleksi sadə və praktik həll hesab edilir.
Elevit polivitamin kompleksi bu halda sadə və praktik həll kimi çıxış edir: preparat gündə cəmi bir dəfə qəbul edilməlidir, bununla da, xüsusilə ana olacaq və süd verən qadınlar üçün faydalı olan əsas vitamin və mineralların gündəlik normasını təmin edir. Dəqiq tərkibə və rahat forma sayəsində Elevit qadın sağlamlığına həyatın müxtəlif mərhələlərində qulluq etməyə kömək edir.
- www.pregnancycalendar.ru
- http://www.9months.ru/zdorovieberem/976/folievaya-kislota
- Haider BA, Bhutta ZA. Multiple-micronutrient supplementation for women during pregnancy. Cochrane Database Syst.Rev. 2015; 11: CD004905.
- http://polzavred.ru/polza-vitamina-c.html
- http://www.tiensmed.ru/news/vitaminyberem-ab1.html
- http://beremennost.net/razmery-matki-pri-beremennosti
- http://www.calorizator.ru/vitamin/a
- http://mirvitaminov.com/vitaminy/vse-vitaminy/vitamin-d-ego-naznachenie-sutochnaya-norma-i-istochniki.html
- http://www.nobilisdaily.com/?p=2024
L.RU.MKT.CC.06.2016.1314