Hansı qida gənc ana üçün ən yaxşı qida hesab olunur?
Kifayət qədər müxtəlif qidaların istifadə edilməsi ana südünü zəruri qidalandırıcı maddələrlə təmin edəcək.
Yenidoğulmuş körpəsi olan gənc ananın uşağı tez-tez qidalandırmaq və digər qayğılar üçün vaxt və enerjisinin kifayət qədər olması vacibdir, baxmayaraq ki, bütün bunlar cox yorucudur.
Kifayət qədər müxtəlif qidaların istifadə edilməsi Sizin enerji mənbəyiniz olacaq və ana südünü zəruri qidalandırıcı maddələrlə təmin edəcək.
Hansı qida gənc ana üçün ən yaxşı qida hesab olunur?
Laktasiya zamanı vitamin və mineralların gündəlik tövsiyə edilən miqdarı 188%1-dək artır, buna görə də ana südünün lazımi keyfiyyətdə olması üçün Sizdən daha çox qidalandırıcı maddələr tələb olunacaq. Rasionda tərəvəz və dənli bitki məhsullarına üstünlük vermək sizin sağlamlığınıza dəstək olacaq və inkişafda olan körpənizin lazımi qidalanmasını təmin etməyə kömək edəcək.
Süd verən anaların qida rasionu üzrə tövsiyələr aşağıdakı cədvəldə qeyd olunur:
Qida qrupu | Minimal tövsiyə edilən gündəlik qəbul (TGQ) | Porsiyaların miqdarı |
---|---|---|
Tərəvəzlər | Müxtəlif növlü və rəngli 7,5 porsiya | Standart porsiya təxminən 75 q (100-350 kC) təşkil edir ki, bu da: - 1/2 fincan bişmiş yaşıl və ya narıncı tərəvəzlərə və yaxud - 1/2 fincan bişmiş lobya, noxud və ya mərciməyə və ya - 1 fincan salat üçün nəzərdə tutulmuş çiy tərəvəzlərə bərabərdir. |
Meyvələr | 2 porsiya | Standart porsiya təxminən 150q (350 kС) edir ki, bu da: - 1 orta alma və ya banana və yaxud - 2 orta gavalıya və ya əriyə və yaxud - 1 fincan konservləşdirilmiş meyvələrə (şəkərsiz) bərabərdir. |
Buğda məhsulları (çörək, dənli bitkilər, düyü, makaron məmulatları, yulaf və s.) | 9 porsiya, bütöv dənli/liflə zəngin olan məhsullar üstünlük təşkil edir | Standart porsiya-500 kC edir ki, bu da: - 1 dilim çörəyə (40 qr) və ya - 1/2 fincan (75-120 qr) bişmiş düyüyə, qarabaşağa, makaron məmulatlarına və ya əriştəyə və yaxud - 1/4 fincan (30 qr) müsli və ya - 3 dilim (35 qr) qurudulmuş çörəyə bərabərdir. |
Yağsız ət və balıq, yumurta, tofu, qoz-fındıq və günəbaxan tumu | 500 | Standart porsiya-500-600 kC edir ki, bu da: - 65 qr mal əti, qoyun əti, dana əti və ya donuz əti kimi bişmiş yağsız qırmızı ətə, və yaxud - 80 qr cücə əti və ya hinduşka əti kimi bişmiş quş ətinə və yaxud - 100 qr bişmiş balıq filesi və ya bir balaca qablaşdırılmış konservləşdirilmiş balığa və yaxud - 2 iri (120qr) yumurtaya və ya - 170 q tofuya bərabərdir. |
Süd, yoqurt, pendir və digər süd məhsulları | 800 | Standart porsiya 500-600 kC edir ki, bu da: 1 fincan (250 ml) südə və ya 2 dilim (40qr) çedder pendiri kimi bərk pendirə və ya 3/4 fincan (200qr) yoqurta bərabərdir. |
Həmçinin tövsiyə edirik:
- Texnoloji emala məruz qalmış məhsulların və fast fudun istifadəsini azaltmaq. Peçenye, tort, texnoloji emal olunmuş ət kimi hazır yeməklər, çipsi, şirniyyat və qazlı içkilərdən ara-sıra istifadə oluna bilər və yaxud da onlardan tamamilə imtina etmək lazımdır. Əgər sizin yüngül aclığınız varsa yoqurt, bir dilim pendir və ya meyvə kimi sağlam qidaya üstünlük verin.
Əgər yüngül aclığınız varsa yoqurt, bir dilim pendir və ya quru meyvə kimi sağlam qidaya üstünlük verin.
- Orqanizmdə normal maye miqdarının saxlanması üçün gün arzində ən azı 2 litr su için.
Ana südü uşağın inkişafı üçün tövsiyə olunur
Ana südünün optimal tərkibi inkişafda olan uşağın zülala, karbohidrata və vitaminlərə olan tələbatını ödəyir, bununla bağlı olaraq uşağın 4-6 ayadək əlavə qida məhsullarına ehtiyacı yaranmır. Ana südü ilə qidalandırma uşağın normal inkişafına və immun sisteminin gücləndirilməsinə imkan yaradır, həmçinin ana ilə uşaq arasındakı əlaqənin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Yediyiniz və içdiyiniz ana südü ilə birlikdə Sizin uşağınıza keçə bilir
Ana südü ilə qidalandırma zamanı rasiondan xaric olunmalı və istifadəsi məhdudlaşdırılmalı olan ərzaq və içkilər
Hamiləlik zamanı menyudan xaric edilmiş qida ərzaqlarını yenidən istifadə edə biləcəyinizi öyrəndikdə çox sevinəcəksiniz. Lakin unutmayın ki, bütün yeyib-içdikləriniz ana südü ilə birlikdə Sizin uşağınıza keçə bilir.
- Kofein uşağı narahat edə bilər və beləliklə də, sizin vərdiş etdiyiniz yuxu rejimi pozula bilər. Gündəlik qəbul etdiyiniz kofein miqdarını məhdudlaşdırmağa və ya azaltmağa çalışın.
- ЛSizin qəbul etdiyiniz dərman preparatları uşağınıza ziyan vura bilər. Laktasiya zamanı istənilən dərman preparatlarını istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək ən təhlükəsiz həll olacaq.
Gənc anaların qida rasionunun dəstəklənməsi
Hamiləlikdə Sizin orqanizmdə dəmirin və digər vacib vitamin və mineralların miqdarı aşağı enə bilərdi.
Süd verən analar
Yeni doğulmuş körpəyə qulluq Sizdən kifayət qədər vaxt və enerji tələb edəcək, əgər siz uşağı ana südü ilə qidalandırırsızsa qida ilə daxil olan vitamin və minerallar Sizə və uşağa kifayət etməyə bilər. Siz rasionunuza Elevit kimi vitamin-mineral kompleksini əlavə edə bilərsiniz. Gündəlik iş və qayğıları maksimal dərəcədə həll etməyə kömək edəcək vitamin, mineral və mikroelementlərlə Sizi təmin edəcək. Hər bir həbin tərkibində enerji mənbəyi olan dəmir, sağlam sümüklər üçün kalsium, stresə qalib gəlməkdə kömək edən B qrupuna daxil olan vitaminlər, eləcə də, immunitetin qorunması üçün C vitamini və sink vardır.
Bizim Sizə kömək edə biləcək digər məsləhətlərimiz var
Yeni rolunuzu uğurla həyata keçirmək məqsədilə zəruri olan qidalandırıcı maddələri almaq üçün Sizə sağlam qidalanma kömək edəcək. Yeni gündəlik işlərə öyrəşməkdə və körpənin həyatının ilk aylarından zövq almaqda Sizə kömək edəcək məsləhətlərimizi gənc anaların həyat tərzinə görə sınayın.
Источники
- Milli səhiyyə və tibbi tədqiqatlar şurası. Avstraliya və Yeni Zelandiya üçün qida dəyərinin sorğu qiymətləri və tövsiyə edilən qida rasionu, 2006.