Ailə qurmaq üçün 11 məsləhət
Hamiləliyin baş verməsi ehtimalı, o cümlədən, bir sıra amildən, məsələn, Sizin qida rasionunuzdan, çəkinizdən, zərərli vərdişlərin mövcudluğundan və fiziki aktivlik səviyyəsindən asılıdır. Mayalanma ehtimallarını artırmaq istəyirsinizsə, ola bilər ki, sizə vərdişlərinizdən bəzilərini dəyişmək lazım gəlsin.
Bu 11 məsləhət Sizə və Sizin partnyorunuza ailə qurmağa hazırlaşmaqda yardım edəcək.
Özünüzə diqqət yetirin
1. Düzgün qidalanın
Çoxlu miqdarda meyvə-tərəvəzlərin olduğu, heyvan mənşəli zülalların, bütöv dənli məhsulların, süd məhsullarının və çoxlu miqdarda suyun daxil olduğu yaxşı balanslaşdırılmış rasion zəruridir. Gələcək ananın yaxşı qidalanması körpənin sağlam inkişafının bünövrəsidir. Alkoqol, narkotik vasitələrin, tərkibində listeriya ola biləcək qidaların (yumşaq pendirlərin, soyuq ətin, hazır salatların və bişməmiş yumurtanın) və termik emaldan keçməmiş balığın istifadəsindən uzaq durmağa çalışın, çünki onların istifadəsi mayalanma və hamiləlik zamanı problemlərə səbəb ola bilər. Həmçinin gündəlik kofein istifadəsini də azaltmaq tövsiyə olunur. Qidalanma səhifəsində daha çox məlumat öyrənin.
2. Hamiləliyi planlaşdırdığınız zaman xüsusi vitamin-mineral kompleksi qəbul edin
Hamiləliyin ilk həftələrində uşağın həyati əhəmiyyət kəsb edən orqanları formalaşmağa başlayır, lakin bu dövrdə Siz hamilə olduğunuz barədə xəbərdar olmaya da bilərsiniz, buna görə, hamilələr üçün əlavənin qəbuluna planlaşdırılan mayalanmadan bir ay əvvəl başlamaq əhəmiyyətlidir.
Hamiləlik zamanı ən əhəmiyyətli vitamin və minerallara olan tələbat çox artır. Tam balanslaşdırılmış qidalanmaya baxmayaraq, bu cür tələbatı yalnız daxil olan qida sayəsində qarşılamaq çətindir, çünki termik emal, uzunmüddətli saxlama, mineral gübrənin istifadə olunması qidanın tərkibində mövcud olan vitamin və mineralların miqdarını azaldır. Elevit hamilələr üçün kompleksin qəbulu orqanizmə zəruri vitamin və mineralların daxil olmasına səbəb olacaq və həm ananın, həm də körpənin tələbatlarını qarşılayacaq.
3. Sağlamlığınızı qoruyun və gigiyenaya riayət edin
Yeməyi düzgün hazırlayaraq, qidalanma səbəbi ilə infeksiyaya yoluxma ehtimalını azaldın. Mətbəx ləvazimatlarını və səthlərini təmiz saxlayın, əllərinizi, habelə meyvə-tərəvəzləri təmiz yuyun, ət və balıq məhsullarını termik emaldan keçirin və onları müvafiq temperaturda saxlayın.
4. Müntəzəm olaraq fiziki məşğələlərlə məşğul olun
Fiziki aktivliyin qorunub saxlanması bəzi xroniki xəstəliklərə tutulma riskini azaldır və əhval-ruhiyyənizi yaxşılaşdırır.
İdman zalına getmirsinizsə belə, fiziki aktivliyinizi başqa mümkün üsullarla qoruyub saxlayın: lift əvəzinə pilləkənlərdən istifadə edin, məsafə uzun olmadıqda, nəqliyyata deyil, piyada gəzintiyə üstünlük verin. Hər gün ən azı 30 dəqiqə ərzində fiziki məşğələlərlə məşğul olmağa, məsələn, tez-tez yeriməyə və ya üzməyə çalışın.
Lakin hər kəs qədərini bilməlidir – həddindən çox yüklənmə orqanizmin hormonal fonunu poza bilər ki, bu da mayalanmanı çətinləşdirəcək.
5. Çəkinizə nəzarət edin
Normal çəki hər iki partnyor üçün əhəmiyyətlidir, çünki çatışmayan və ya artıq çəki mayalanma ehtimalına mənfi təsir göstərə bilər. Optimal bədən çəkisi indeksini (BÇİ) əldə etməyə çalışın, bu göstərici 18.5-dən 24.99-dək təşkil edir. (BÇİ sərbəst şəkildə hesablana bilər, bunun üçün aşağıdakı düstur istifadə edilməlidir: BÇİ = çəki kq ilə/ (boy m2 ilə). Məsələn, çəkisi 61 kq, boyu 1.60 m olan qadının BÇİ-si = 23.8)
Çəkiniz təshih tələb edirsə, bu problemi planlaşdırılan mayalanmadan ən azı 2-3 ay əvvəl həll etməyə çalışın, çünki çəkidə baş verən ciddi dəyişikliklər hormonal fona təsir göstərir.
Stress səviyyəsinin azalması hamiləliyin baş verməsi ehtimalını artıra bilər
6. Siqaret çəkməyi tərgidin
Siqaret bir sıra xəstəliklərə səbəb olur və həm kişilərdə, həm də qadınlarda mayalanma qabiliyyətini poza bilər. Siz və partnyorunuz siqaret çəkirsinizsə, hamiləliyin planlaşdırılması ikiniz üçün siqareti tərgitmək üçün çox vacib səbəbdir.
7. Stress səviyyəsini azaldın
Müasir həyat tempi və hamilə qalmaq cəhdləri yorğunluq hissinin əmələ gəlməsinə və stress halına gətirib çıxara bilər. Stress səviyyəsini azaldaraq, məsələn, relaksasiya üsullarından istifadə edərək, Siz hamilə qalmaq ehtimalını artırırsınız. Yoqa, tay çi və ya meditasiya ilə məşğul olun.
8. Həddindən çox isinmədən qorunun
Hamilə qalmağa çalışırsınızsa, həddindən çox və tez-tez isinmələrdən, hamama və ya hidromassaj vannasına getməkdən uzaq durun. Kişilər, həddindən çox isinmədən uzaq durmaqla, spermanın keyfiyyətini yaxşılaşdıra və spermatozoidlərin miqdarını artıra bilər.
Hazır olduğunuzdan əmin olun
9. Maliyyə imkanlarınızı dəyərləndirin
Sizə də, partnyounuza da gələcək "səyahətə" maliyyə baxımından hazırlaşmaq əhəmiyyətlidir. Əmin olun ki, hər ikiniz maliyyə baxımından stabilsiniz və ailədə gələcək artımla bağlı əlavə xərcləri planlaşdırmısınız.
10. Ailənizin tarixçəsi barədə daha çox məlumat əldə edin
Hamiləliyin planlaşdırılması zamanı ailənizin tarixçəsini bilməyiniz əhəmiyyətlidir. Hamilə qalmaq cəhdi göstərməzdən öncə, hamiləliyinizə və ya uşağın inkişafına təsir göstərə biləcək amillərin müəyyən edilməsi üçün, həkimlə ailə üzvlərinin sağlamlıq vəziyyətinin müzakirə olunması zərurəti yarana bilər.
11. Siz gələcəyə səyahət üçün hazırsınızmı?
Ailə qurmaq perspektivləri maraqlıdır, lakin gələcəyə həddindən artıq həvəs salmazdan öncə, dayanmağınız və partnyorunuzla danışmağınız yaxşı olardı. Əmin olun ki, partnyorunuz Sizinlə razıdır və hər ikiniz emosional səviyyədə ailə qurmağa hazırsınız.
Lakin bununla iş bitmir...
Biz hamilə qalmaq cəhdlərinə başlamazdan öncə etməli olduğunuz şeylərin tam siyahısını hazırladıq. Bizim rahat hamilə planlaşdıranlar üçün yoxlama siyahımızı oxuyun və çap edin, çünki bu siyahı Sizə bu maraqlı "səyahətə" hazırlaşmaqda yardım edəcək!