Hamilə qalmaq üçün düzgün qidalanma
Xüsusi olaraq qadının həyatındakı ən vacib dövrə hazırlaşmaq üçün tərtib olunmuş pəhrizə riayət etmək əhəmiyyətlidir.
Hamiləlik planlaşdırırsınızsa, yaxşı balanslaşdırılmış, xüsusi olaraq qadının həyatındakı ən vacib dövrə hazırlaşmaq üçün hazırlanmış vitamin-mineral kompleksinin gündəlik qəbulu ilə tamamlanmış pəhrizə riayət etmək əhəmiyyət kəsb edir. Elevit orqanizmi hamiləliyin normal gedişatı və uşağın dünyaya sağlam gəlməsi üçün zəruri olan vitamin və minerallarla təmin edir.
Nə qədər yaxşı qidalanmağınıza baxmayaraq, əhəmiyyətli qidalandırıcı maddələrin qidadan daxil olması kifayət etməyə də bilər.
Hamiləlik zamanı yüksək vitamin və mineral tələbatlarını yalnız qida sayəsində qarşılamaq çətin olur. Məsələn, hamiləlik üçün ən çox əhəmiyyət kəsb edən komponentlərin tövsiyə olunan miqdarda əldə edilməsi üçün, hər gün aşağıdakı miqdarda qida qəbul etmək zəruridir*:
- Fol turşusu: təxminən 700 qr. bişirilmiş ispanaq və ya 15 tikə çörək.
- Dəmir: təxminən 900 qr. qırmızı ət və ya 250 qr. toyuq qaraciyəri.
*”NUTTAB 2010” Avstraliya və Yeni Zelandiya Qida Standartlarına əsasən müəyyən edilib.
Elevit hamilələr üçün polivitamin kompleksi hamiləlikdən öncəki dövrdə, hamiləlik zamanı və laktasiya dövründə yüksək vitamin və mineral tələbatını kompensasiya edir.
Mayalanma ehtimallarının artırılması üçün qidalanma
Sizin və Sizin partnyorunuz üçün sağlam və yaxşı balanslaşdırılmış qida rasionu mayalanma və hamiləliyin normal gedişatı ehtimallarını artıra bilər.
Mayalanma ehtimallarını artırmaq üçün:
- Daha çox sellülozla zəngin karbohidratlı qidadan, məsələn, təzə meyvə- tərəvəzlərdən və bütöv dənli məhsullardan istifadə edin.
- Üzlü südə üstünlük verin və ya hər gün bir porsiya yağsızlaşdırılmamış qatıq yeyin.
- Daha az qəhvə için, alkoqoldan və tərkibində şəkər olan alkoqolsuz içkilərdən uzaq durun. Bu içkilərin əvəzinə daha çox su için.
- Şəkərdən az istifadə edin. Ağ süfrə şəkərinin əvəzinə ağcaqayın siropu, mürəbbə və ya bal kimi təbii şirinləşdiricilərdən istifadə edin.
Sağlam rasionun bünövrəsi
Gündəlik balanslaşdırılmış rasiona müxtəlif növ qida, məsələn, 5 porsiya tərəvəz, 2 porsiya meyvə, 6 porsiya dənli məhsullar (düyü, qarabaşaq və sərt buğda növlərindən olan makaron), 2,5 porsiya ət və ya balıq və 2,5 porsiya süd məhsulları daxildir.
Tərkibində doymuş yağlar, duz və şəkər olan qidalardan həddindən çox istifadə etmək tövsiyə olunmur. Rasionunuzda bu maddələrin miqdarının azaldılması üçün kərə yağı əvəzinə bitki yağı istifadə etmək, texnoloji emala məruz qalmış məhsulların və fast-fudun istifadəsini azaltmaq tövsiyə olunur.
Sağlamlığınız üçün həmçinin maye qəbulu böyük əhəmiyyət kəsb edir. Gündə ən azı 2 litr su içməyə çalışın.
Həmçinin hamiləliyin planlaşdırılması zamanı bu sadə məsləhətlərə riayət etmək tövsiyə olunur:
- Alkoqol istifadəsindən uzaq durun. Daha təhlükəsiz variant hamiləlikdən öncəki dövrdə, hamiləlik və uşaq əmizdirmə zamanı alkoqoldan imtina etməkdir.
- Tərkibində listeriya olmaq ehtimalı olan qidaların istifadəsindən uzaq durun. Bura yumşaq pendirlər, paştetlər, kolbasa məmulatları, hazır salatlar, çiy və ya hisə verilmiş dəniz məhsulları, bişməmiş yumurta daxildir. Əmin olun ki, istifadə etdiyiniz yumurta, ət və balıq termik emaldan keçib.
- Kofein istifadəsini azaldın. Kofeindən istifadəni maksimum gündə 100 mq-a qədər endirməyə çalışın ki, bu da təxminən 1 porsiya espressoya uyğundur. Unutmayın ki, şokolad, çay, müəyyən sərinləşdirici və energetik içkilərin tərkibində kofein mövcuddur.
Hamiləlik zamanı sağlam uşağın inkişafı üçün zəruri olan bəzi vitamin və minerallara olan tələbat artır.
Hamiləlik zamanı qidalandırıcı maddələrə olan tələbat artır.
Hamiləlikdən öncəki dövrdə Elevit vitamin-mineral kompleksinin qəbulunu əhəmiyyətli edən səbəblər var:
- Hamiləlik həyatın elə dövrlərindən biridir ki, bu dövrdə orqanizmin qidalandırıcı maddələrə olan tələbatı xüsusilə yüksək olur. Hamiləlik zamanı tövsiyə olunan qidalandırıcı maddə istifadəsi səviyyəsi 188%-dək1 artır və kifayət qədər qidalandırıcı maddələrin yalnız qida sayəsində daxil olmasını təmin etmək çətin olur.
- Hamiləliyin birinci bir neçə həftəsi uşağın inkişafındakı ən əhəmiyyətli dövrdür. Bu vaxt uşağın baş və onurğa beynini formalaşdıran sinir borusu inkişaf edir. Adətən, hamilə olduğunuzu bildiyiniz vaxta qədər balaca insan artıq bir neçə həftədir ki, inkişaf etmiş olur. Eleviti planlaşdırılan mayalanmadan 1 ay əvvəl qəbul etməyə başlayın ki, uşağı bu əhəmiyyətli inkişaf həftələrində vitamin və minerallarla təmin edəsiniz.
Körpənin normal inkişafı üçün vacib əhəmiyyət kəsb edən əsas vitamin və minerallara fol turşusu, dəmir və B12 vitamini daxildir.
Fol turşusu
Hamiləliyin ilk həftələrində, qadınların çoxu hamilə olduğunu hələ bilmədiyi vaxtda, uşağın sinir borusu artıq formalaşmış və ya qapanmış olur. O, uşağın baş və onurğa beynini formalaşdırır ki, bu da mərkəzi sinir sistemi üçün çox əhəmiyyətlidir. Qadının qida rasionunda folatların miqdarı sinir borusunun formalaşmasında əhəmiyyətli rol oynaya bilər. Kliniki olaraq sübut edilmişdir ki, folatın əlavə forması, fol turşusu2, onurğa çatı kimi sinir borusu qüsurları riskini azaldır. Buna görə, hamiləlikdən öncəki dövrdə hamilələr üçün tərkibində fol turşusu olan vitamin-mineral kompleksi, məsələn, Elevit qəbul etmək əhəmiyyətlidir.
Dəmir
Dəmirin qidada az miqdarda olması ovulyasiya pozuntularına gətirib çıxara bilər ki, bu da hamiləliyin baş verməsini çətinləşdirəcək. Hamiləlik zamanı, orqanizminizdə daha çox qan dövr etdiyi zaman, Sizin dəmirə olan tələbatınız da artacaq. Dəmir onun qida çatışmazlığının qarşısını almaq üçün zəruridir, həmçinin o, uşağın inkişaf etməsində əhəmiyyətli rol oynayır.
Elevit orqanizmi hamiləliyin planlaşdırılması dövründə dəstəkləyir.
Elevitin tərkibi xüsusi olaraq hamiləlik planlaşdıranlar, hamilələr və uşaq əmizdirən qadınlar üçün hazırlanıb. Kliniki olaraq sübut olunmuşdur ki, fol turşusu2 onurğa çatı kimi sinir borusu qüsurlarının inkişaf riskini azaldır, dəmir qidada çatışmazlığının qarşısının alınmasına səbəb olur, A vitamini uşağın baş beyninin inkişaf etməsi üçün əhəmiyyət kəsb edir. İdeal olan Eleviti planlaşdırılan mayalanmadan 1 ay əvvəl* qəbul etməyə başlamaq və qəbulu hamiləlik və uşaq əmizdirmə zamanı davam etməkdir.
Sizin üçün həyat tərzinizdə başqa dəyişikliklər də tələb oluna bilər.
Hamiləliyin baş verməsindən öncəki dövrdə sağlam qida rasionuna keçərək və kifayət qədər qidalandırıcı maddələr əldə edərək, Sizə öz həyat tərziniz barədə də düşünmək lazımdır. Uğurlu və normal davam edən hamiləlik ehtimalının artırılması üçün, Sizə öz vərdişlərinizdə bəzi dəyişikliklər etmək tələb oluna bilər.
Источники:
* Təlimata uyğun olaraq
- Milli səhiyyə və tibbi tədqiqatlar şurası. Avstraliya və Yeni Zelandiya üçün qida dəyərinin sorğu qiymətləri və tövsiyə edilən qida rasionu, 2006.
- De-Regil LM, et al. Koxreyn verilənlər bazası Nəşr 2010-cu il, Buraxılış 10. Art. № CD007950.