1-ci trimestr: 1-12-ci həftələr
♀
Hamiləliyin ilkin əlamətləri yarandıqda həkimə müraciət edin. Hamiləlik təsdiqləndikdə Siz qadın məsləhətxanasında qeydiyyata düşməlisiniz. Həkim doğuş tarixini müəyyən etməyə, eləcə də, doğuşdan əvvəlki ambulator xidmət proqramını planlaşdırmağa kömək edəcək.
◯
Skrininq müayinəsinin zəruri olduğunu yadınızda saxlayın
♀
10-cu həftədən 14-cü həftəyədək olan müddətdə sizin ilk skrininqiniz (uşaqda mümkün ola biləcək genetik xəstəliklərin erkən diaqnostikasına, habelə orqan və sistemlərin inkişafının qiymətləndirilməsinə yönəlmiş tədqiqat) baş tutmalıdır. Skrininq 2 mərhələdən ibarətdir: ultrasəs müayinə və biokimyəvi analiz (qan analizlərinin verilməsi). Nəzərə alın ki, ilkin mərhələdə USM diaqnostika keçirilməlidir, və ancaq bundan sonra qan analizlərinin verilməsi (USM-dən ən azı 3 gün sonra) həyata keçirilir. Bütün məlumatlar xüsusi laboratoriyaya göndərilir, orada həkim-genetiklər anadangəlmə inkişaf qüsurlarının riski barədə öz rəylərini bildirir.
Bundan sonra siz daha 2 skrininqdən keçməlisiniz:
2-ci trimestrin skrininqi (16-20 həftə ərzində)
3-cü trimestrin skrininqi (30-34 həftə ərzində)
◯
Əgər siz bunları hələ etmirsinizsə, hamilələr üçün polivitamin kompleksinin qəbuluna başlayın
♀
Elevit vitamin-mineral kompleksi aparıcı dünya brendi olan Bayer tərəfindən hamiləlik dövründə orqanizm ehtiyatlarının bərpa olunması üçün işlənib hazırlanmışdır, buna görə də siz uşağınızın sağlam inkişafı və böyüməsi üçün zəruri vitamin, mineral və mikroelement almağına tam əmin ola bilərsiniz.
Eleviti hamiləlik baş verməzdən ən azı 1 ay əvvəlcədən, hamiləlik dövründə və uşağı südlə qidalandırdıqda gündəlik qəbul etmək tövsiyə olunur.
◯
Səhər halsızlığının öhdəsindən necə gəlməli
♀
o Hamilə qadınların əksəriyyəti səhər halsızlığından (ürək bulanma və qusma) əziyyət çəkir, bu da ilk növbədə orqanizmin hormonal dəyişiklikləri ilə əlaqəlidir. Halsızlığın simptomlarının tezliyinin və şiddətinin azaldılması zərurəti olduqda bir neçə vasitədən istifadə edin:
— Qidanı tez-tez, ancaq kiçik porsiyalarla qəbul edin;
— Ürək bulanma yaradan qidadan uzaq durmağa çalışın;
— Çoxlu maye qəbul edin;
— Tez-tez istirahət edin və təmiz havada gəzin;
— Rahat geyimə üstünlük verin (qarın nahiyəsinin sıxılması ürək bulanmaya səbəb ola bilər).
◯
Siqaret çəkməyi tərgidin
♀♂
Əgər Siz siqaret çəkməyi hələ tərgitməmisinizsə, hamilə olduğunuzu öyrəndikdən dərhal sonra bunu etmək üçün əsl vaxtdır.
♀
Sizin şəxsi sağlamlığınız və gələcək körpənizin sağlamlığı üçün yaxşı balanslaşdırılmış qida rasionu tələb olunur.
◯
Kofein istifadəsini azaldın
♀♂
Gün ərzində ən azı 100 q kofeindən istifadə etməyə çalışın. Bu, təxminən bir porsiya espressoya bərabərdir. Unutmayın ki, şokoladın, çayın, müəyyən sərinləşdirici və energetik içkilərin tərkibində kofein mövcuddur.
◯
Müntəzəm olaraq yüngül fiziki məşqlərlə məşğul olun
♀
Aktiv olun və gün ərzində 30 dəqiqə ərzində gəzinti və ya uzgüçülük kimi sabit intensivliyi olan fiziki məşqlərlə məşğul olmağa çalışın.
◯
İşəgötürəninizi məlumatlandırın
♀
İş yerinizə sizi əvəz edəcək şəxsin axtarışı və işlərin ona təhvil verilməsi üçün kifayət qədər vaxtın olduğu üçün işəgötürəninizi hamilə olduğunuz barədə məlumatlandırın. Siz həmçinin kadrlar şöbəsindən uşağa qulluq üçün məzuniyyət hüququnuz və iş yerinə təxmini geri qayıtmaq müddətini dəqiqləşdirə bilərsiniz.
◯
Özünüzü mümkün ola biləcək infeksiyalardan qoruyun
♀
Əgər evinizdə pişik varsa, onun qabını rezin əlcəklə yuyun və yaxud bunu etməyi evdəkilərdən birindən xahiş edin. Əgər Siz bağda işləyirsizsə və yaxud evdə təmizlik işlərini yerinə yetirirsinizsə, rezin əlcəkdən istifadə edin.
2-ci trimestr: 13-26-cı həftələr
◯
Hamiləliyin ikinci trimestrinin skrininq müayinələrinə yazılın
♀
2-ci trimestrin skrininqini 16-20-ci həftələr arası mütləq etmək lazımdır (optimal skrininq etmə vaxtı 16-cı həftədən 18-cə həftəyədək). O, həmçinin uşağın inkişafına nəzarətə və inkişaf qüsurlarının diaqnostikasına yönəldilmişdir. USM-diaqnostikada Sizə, çox güman ki, körpənin cinsi açıqlanacaq (təbii ki, əgər siz bunu öyrənmək istəyirsinizsə).
◯
Doğuşa hazırlıq qrupuna qoşulun
♀
Təcrübənizi bölüşün və Sizinlə eyni vaxtda uşaq dünyaya gətirməyə hazırlaşan digər qadınlardan dəstək alın. Qadın məsləhətxanasında həkim Sizə ödənişsiz seminar məsləhət görəcək, yaxud siz özünüz kommersiya siniflərini seçə bilərsiniz. Bu cür faydalı məşqlərdə Sizə doğuş zamanı nələrin baş verə biləcəyini izah edəcəklər, ağrıya qarşı istifadə oluna biləcək variantlar barədə, hamilələr üçün nəzərdə tutulmuş idman hərəkətləri və uşağın qidalandırılması və uşaq dərisinə qulluq kimi uşağa göstəriləcək qayğının əsasları barədə sizə izah olunacaq. Belə məşqlər Sizə sual vermək imkanı, digər gələcək analarla tanış olub onlarla qayğılarınızı müzakirə etmək imkanı verəcək.
◯
Ana südü ilə qidalandırma barədə məlumat əldə edin
♀
Uşağın ana südü ilə qidalandırılması Sizin üçün və sizin uşağınız üçün çox faydalıdır. Əgər Siz uşağınızı ana südü ilə qidalandırmağı planlaşdırırsınızsa həkim-mama Sizə qidalandırma texnikasını izah edəcək.
◯
Çanaq dibi üçün məşğələlər edin
♀
Çanaq dibinin əzələləri hamiləlik və doğuş zamanı baş verən yüklənmə nəticəsində zəifləyə və sidik axmasına səbəb ola bilər. Bu sadə məşğələlər əzələlərin bərkidilməsində yardım edəcək.
◯
Uşağa qayğı barədə düşünün
♀
Uşaq doğulduqdan sonra Siz işə qayıtmağı planlaşdırırsınızsa, yaşayış rayonunuzda uşaqlara qayğının təşkil olunması variantlarını öyrənin. Bəzi uşaq bağçalarında yerlər əvvəlcədən bron edilir, buna görə xoşunuza gələn müəssisədə uşaq doğulmazdan öncə qeydiyyata durmaq lazımdır.
♀
Yəqin ki, Siz artıq müşahidə etmisiniz ki, əvvəlki geyiminiz artıq Sizə yaramır – artıq hamilə geyimi barədə düşünmək vaxtıdır! Sizə həmçinin gələcək analar üçün xüsusi büsthalter lazım olacaq.
3-cü trimestr: 27-ci həftə — doğum
◯
Zəruri uşaq ləvazimatlarını alın və ya borc götürün
♀♂
Mebeldən başqa, uşaq arabası, uşaq geyimi, uşaq bezləri və digər birinci zərurət əşyaları tələb olunacaq. Alış-verişə diqqətlə yanaşırsınızsa, əvvəlcə internet-mağazalara baxa, daha sonra isə mağazaya gedə və seçdiyiniz şeylərin keyfiyyətini nəzərdən keçirə bilərsiniz. Həmçinin əvvəlcədən razılaşmaq olar ki, bəzi ləvazimatları uşaqları artıq böyümüş dostlarınızdan və ya qohumlarınızdan borc götürəsiniz.
◯
Hamilə qadınlar üçün digər büsthalter alın
♀
Hamiləlik müddətində döş böyüyür və Sizin birinci aldığınız hamilə büsthalteri Sizə dar olacaq, buna görə hamiləliyin müddəti təxminən 28 həftə olduqda, başqasını almaq zəruri olacaq.
◯
Maşında uşaq kreslosu qoyun
♀♂
Avtomobildəki yaşı 6 aydan başlayan uşaqlar düzgün qoyulmuş müəyyən edilmiş nümunədə olan dəstəkləyici qurğuya, "üzü salon tərəfə" vəziyyətində yerləşdirilməlidir. Kreslo körpəni doğum evindən gətirmək üçün lazım olacaq, buna görə onu əvvəlcədən quraşdırsanız daha yaxşı olar.
◯
Hamiləlik üzrə mütəxəssislərimiz Sizə və körpənizə doğuşdan sonrakı ilk günlərdə nəyin lazım olacağını dəqiqliklə bilirlər.
♀
Mütəxəssislərimiz gələcək anaya və onun körpəsinə mütləq lazım olacaq doğum evi üçün unikal əşya çek-listi tərtib edib.
◯
Uşaq otağını hazırlayın
♀♂
Uşaq otağını elə təşkil edin ki, artıq Sizin qayıdışınız üçün hazır olsun.
* 2014-cü ilin mart ayına olan məlumat.
Məlumat mənbələri:
7. De-Regil LM, et al. Koxreyn verilənlər bazası, 2010-cu il nəşri, Buraxılış 10. Art. № CD007950.