Hamiləlikdən necə həzz alınacağına dair 12 məsləhət
Hamiləlik baş verdiyi zaman uşağınızın sağlam inkişafına maksimal dərəcədə səbəb olacaq həyat tərzi ilə yaşamaq əhəmiyyətlidir. Aktivliyi qoruyub saxlamaq və yaxşı qidalanmaq əhəmiyyətlidir, habelə bəzi vərdişlərin yenidən nəzərdən keçirilməsi tələb oluna bilər.
Bizim 12 məsləhətimiz Sizə gündəlik həyatda kiçik dəyişikliklərin sağlam hamiləlikdən həzz almağınızda necə yardım edəcəyini başa düşməkdə yardım edəcək.
1. Yaxşı balanslaşdırılmış qidalanma rasionuna riayət edin.
Gələcək ana kimi, tərkibində sellüloz və az miqdarda yağ olan, Sizi enerji ilə təmin edəcək və qidalandırıcı maddələrə olan tələbatınızı, böyüyən uşağın tələbatlarını qarşılayacaq sağlam qida Sizin üçün faydalıdır.
Hamiləlik zamanı yaxşı balanslaşdırılmış müxtəlif qidalanma rasionu faydalı olur, uzaq duracağınız qida barədə də unutmamaq lazımdır.
2. Bəzi qida və içkilərin istifadəsindən imtina edin və ya onların istifadəsini azaldın
Hamiləlik zamanı bəzi məhsul və içkilərin istifadəsini azaltmaq və ya istisna etmək lazımdır. Alkoqolu və bəzi məzələri tamamilə istisna etmək zəruridir. Xoşagəlməz nəticələrin qarşısını almaq üçün, qəhvədən yalnız kiçik dozalarla istifadə etmək olar. Qidalanma səhifəsində daha çox məlumat öyrənin.
3. Bütün hamiləlik müddətində hamilələr üçün vitamin-mineral kompleksi Elevit qəbul edin
Hamiləlik zamanı bəzi vitamin və mineralların tövsiyə olunan istifadə səviyyəsi 188%-dək yüksəlir1. Tam balanslaşdırılmış qidalanmaya baxmayaraq, bu cür tələbatı sadəcə qəbul olunan yemək sayəsində qarşılamaq çətin olur, çünki termik emal, uzunmüddətli saxlama, mineral gübrələrin istifadə edilməsi yeməyin tərkibində olan vitamin və mineralların miqdarını azaldır. Elevitin tərkibində ən əhəmiyyətli vitamin və minerallar var ki, bunun sayəsində, yüksək vitamin və mineral tələbatı qarşılanır.
Elevitin tərkibində optimal miqdarda fol turşusu və dəmir var. Kliniki olaraq sübut edilmişdir ki, fol turşusu sinir borusu qüsurlarının inkişafı riskini azaldır, dəmir isə dəmir defisitli anemiyanın profilaktikasına səbəb olur.
4. Gigiyenaya riayət edin
Əllərin yuyulması, mətbəx səthlərinin təmiz saxlanması, təzə meyvə- tərəvəzlərin yuyulması, məhsulların yaxşıca kulinariya emalı və onların müvafiq temperatur şəraitində saxlanmaları sağlamlığınızı və gələcək uşağın sağlamlığını qoruyub saxlayacaq.
5. Hamilələr və uşaq əmizdirən qadınlar üçün məşğələlərə gedin
Bu qrup məşğələləri gələcək anaları qarşıdan gələn doğuşa və onların qarşılaşa biləcəkləri tanış olmadıqları vəziyyətlərə hazırlaşdıracaq. Bir çox regionda bu cür məşğələ proqramları yerli qadın məsləhətxanaları tərəfindən təşkil olunur, iri şəhərlərdə həmçinin gələcək analar üçün ödənişli məktəblər var.
6. Səhər naxoşluğuna necə qalib gəlmək olar
Sizin həyat tərzinizə səhər naxoşluğu təsir göstərə bilər. Səhər naxoşluğu simptomlarının (ürəkbulanma və qusmanın) tezliyini və ağırlığını azaltmaqda yardım edəcək faydalı məsləhətlər var. Kliniki olaraq sübut edilmişdir ki, Elevit Pronatal səhər naxoşluğu simptomlarını (ürəkbulanma və qusmanı) 54% azaldır*.
7. Qəbizlik və qıcqırmanın aradan qaldırılması
Hamiləlik zamanı orqanizmin bir çox sistemi iş rejimini dəyişir, mədə- bağırsaq yolu da istisna deyil. Qadınların çoxu qəbizlik və qıcqırmadan şikayətlənir – bu cür şikayətlər zamanı təyin olunan vasitələr rahatlıq gətirə bilər.
8. Müntəzəm olaraq fiziki məşğələlərlə məşğul olun
Hamiləlik zamanı yaxşı formada qalmağınızı təmin edən aktivliyi qoruyub saxlamaq, stress səviyyəsini azaltmaq və doğuşa hazırlaşmaq əhəmiyyətlidir. Gündə ən azı 30 dəqiqə ərzində yüngül yüklü fiziki məşğələlərlə, məsələn, yürüş və ya üzgüçülüklə məşğul olmağa çalışın. Müntəzəm olaraq fiziki məşğələlərlə artıq məşğul olursunuzsa, yükün azaldılması tələb oluna bilər. Güc məşğələləri, təmaslı idman növləri, habelə travma almaq ehtimalı olan aktivlik indi istisna olunur.
9. Çanaq dibi üçün nəzərdə tutulan məşğələlərlə məşğul olmağa başlayın
Hamiləlik inkişaf etdikcə, çanaq dibinin əzələləri gərgin olacaq. Gündəlik məşğələ siyahısına çanaq dibi üçün nəzərdə tutulan bir neçə məşğələ daxil edin ki, bu da hamiləlik zamanı və körpə doğulandan sonra sidik kisəsinin möhkəmlənməsinə səbəb olacaq.
10. Alkoqol, narkotik vasitə və tütün istifadəsindən uzaq durun
Ən təhlükəsiz qərar mayalanma cəhdləri dövründə, hamiləlik və uşaq əmizdirmə zamanı alkoqol və narkotik vasitələrdən tamamilə imtina etməkdir. Siz hələ də siqaret çəkməyi tərgitməmisinizsə, bunu hamilə olduğunuzu öyrəndiyiniz kimi etməyi Sizə tövsiyə edirik.
Hamiləlik zamanı yaxşı formada qalmağınızı təmin edən aktivliyi qoruyub saxlamaq, stress səviyyəsini azaltmaq və doğuşa hazırlaşmaq əhəmiyyətlidir
11. Dişlərinizə və diş ətinizə daha çox diqqət yetirin
Diş fırçasından və diş sapından hamiləlik zamanı ehtiyatla istifadə edin, çünki Sizin diş ətiniz indi qıcıqlanmaya daha asan məruz qalır və qanaya bilər. Səhər Sizin ürəkbulanmanız olmuşdursa, ağzınızı su ilə yaxalayın və, turşunun təsirini azaltmaq üçün, dişlərinizi dərhal yumayın. Stomatoloqa çoxdandır getmirsinizsə, bunu indi edin – 2-ci və 3-cü trimestrlərdə kariyesin anesteziya ilə müalicəsinə icazə verilir. İnanın, bunu doğuşdan sonra, özünüzə ayırmaq üçün vaxtınız az olduqda deyil, indi etmək daha yaxşıdır.
12. Ev heyvanınızı öpməyin
İtiniz və ya pişiyiniz varsa, onları nə qədər çox sevməyinizə baxmayaraq, ev heyvanlarını öpməkdən çəkinməyə çalışın, onun qutusunu rezin əlcəklərlə yuyun və ya bunu başqasının etməsini xahiş edin, çünki qutunun içindəkilərin tərkibində zərərli bakteriyalar ola bilər. Bağçada işləyirsinizsə, bunu da əlcəklərlə etsəniz daha yaxşı olar.
Yoxlama siyahısının köməyi ilə, hamiləlik zamanı bütün işlərin və qayğıların öhdəsindən uğurla gəlin...
Biz Sizə hamiləlik müddətində etməyiniz tələb olunacaq şeylərin tam siyahısını tərtib etdik. Hamilələr üçün yoxlama siyahımızı oxuyun və çap edin, özünüzü onunla yoxlayın.
- Milli səhiyyə və tibbi tədqiqatlar şurası. Avstraliya və Yeni Zelandiya üçün qida dəyərinin sorğu qiymətləri və tövsiyə edilən qida rasionu, 2006.