Hamiləliyin hər trimestrində orqanizmdə baş verən dəyişikliklər
Hamiləlik testi müsbət olmuşdursa, Sizi təbrik edirik – Siz heyranedici səyahətə yola düşürsünüz!
Ola bilər ki, Sizin başınız "Orqanizmim necə dəyişəcək?" və "Uşaq nə qədər sürətlə inkişaf edir?" kimi suallarla doludur. Baxmayaraq ki, hamiləlik qadınlarda müxtəlif cür keçir, biz hamiləliyin üç trimestri (mərhələ) ərzində qarşılaşa biləcəklərinizi təsvir edəcəyik.
Hamiləlik üzrə ətraflı həftəlik rəhbərlik əldə etmək üçün, ödənişsiz həftəlik elektron poçt göndərişlərinə abunə olun.
1-ci trimestr: 1-12-ci həftələr
Hamiləliyin müddəti son menstruasiyanın birinci günündən hesablanır, çünki mayalanma gününü dəqiqliklə müəyyən etmək çətindir. Mayalanma adətən menstrual siklin ortasında baş verdiyinə görə, əslində, ilk iki həftə siz hamilə olmursunuz, lakin bu dövr məhz hamiləliyin başlanğıcı hesab olunur.
3-cü həftə civarında toxum hüceyrəsinin mayalanması baş verən kimi, hormonlar yavaş-yavaş orqanizminizdə dəyişikliklərə səbəb olmağa başlayır. Nəticədə, aşağıdakı simptomlardan bəziləri əmələ gələ bilər:
80%-dək4 qadınlar hamiləliyin 1-ci trimestrində ürəkbulanma və qusma kimi simptomları olan səhər naxoşluqları keçirir.
- Səhər naxoşluğu. Hamiləlik üçün xas olan hormonların səviyyəsinin artması nəticəsində, 80%-dək4 qadınlar hamiləliyin 1-ci trimestrində ürəkbulanma və qusma kimi simptomları olan səhər naxoşluqları keçirir. Naxoşluğun nə olduğunun yalnız səhərlər bilindiyi barədə düşüncə geniş yayılmış yanılmadır. Əslində, simptomlar istənilən zaman, gündüz də, gecə də özünü büruzə verə bilər. 5 qadının 1-də səhər naxoşluğu hamiləliyin 2-ci trimestrində müşahidə olunur, bəzən isə bütün hamiləlik boyunca qala bilər.
Səhər naxoşluğu keçirirsinizsə, Sizdə ürəkbulanmaya səbəb olan qidalardan uzaq durun, az və tez-tez yemək yeyin, yağlı və acı yeməklərdən uzaq durun, çoxlu su için. Çox kəskin və ya Sizi narahat edən simptomlar keçirirsinizsə, həkimə müraciət edin. - Süd vəzilərində dəyişikliklər. Süd vəzilərinin ölçüləri böyüyür, ağrılar əmələ gələ bilər. Döş gilələrinin ölçüləri böyüyəcək, onlar daha tünd və qabarıq olacaq.
- Yorulma. Progesteron hormonunun çoxlu miqdarda olması sizdə yorğunluq və süstlük hissinə səbəb ola bilər. Bacardığınız qədər çox üfüqi vəziyyətdə istirahət edin, bu zaman ayaqlarınızı mümkün qədər hündürə qaldırın və bacardığınız qədər yaxşı qidalanın, lakin, Siz səhər naxoşluğu keçirirsinizsə, bu asan olmayacaq!
- Yüksək emosionallıq. Emosionallığın həmişəkindən yüksək olması, hormon səviyyəsinin artması nəticəsi olaraq, normal haldır. Burada partnyorunuz və yaxınlarınız tərəfindən göstərilən anlayış və səbr böyük əhəmiyyət kəsb edir.
- Qida həvəsləri və antipatiyaları. Ola bilər ki, Siz bir yeməyi sevmirsiniz və başqa yeməyə həvəs salmısınız. Adətən bu problem deyil, əlbəttə, əgər siz qəribə şeyləri yemək istəmirsinizsə, məsələn tabaşir. Siz vəziyyətə görə narahatsınızsa, həkimə müraciət edin.
- Tez-tez sidik ifrazı. Orqanizminizdə suyun miqdarı artdıqca, uşaqlığınız isə sidik kisəsini sıxdıqca, Siz tez-tez tualetə getmək istəyəcəksiniz. Zərurət hiss edən kimi tualetə getmək sidik kisəsinə təzyiqi minimuma endirəcək.
- Başgicəllənmə hissi. Bəzən Siz kiçik başgicəllənmədən əziyyət çəkə bilərsiniz (bu, hormonal dəyişikliklərin nəticəsidir). Uzun müddət ayaqüstə qalmamağa və oturaq və ya uzanan vəziyyətdən yavaş-yavaş qalxmağa çalışın. Güclü başgicəllənmə zamanı dərhal həkimə müraciət edin.
- Qıcqırma və qəbizlik. Həzm sisteminizin fəaliyyəti ləngiyəcək ki, qidanın həzm olunmasına ayrılan vaxtın artması təmin olunsun. Bu, qıcqırma və qəbizliyin əmələ gəlməsinə gətirib çıxara bilər.
Qıcqırmadan qurtulmaq üçün, müntəzəm vaxt intervalları ilə kiçik qida porsiyaları qəbul etməyə və qızardılmış və ya acı yeməklərdən, habelə qazlı içkilərdən uzaq durmağa çalışın. Bundan əlavə, qıcqırma zamanı hamiləlik zamanı qəbul edilə biləcək antasid əlavə yardım edə bilər, məsələn, Renni.
Qəbizliyə qarşı sellülozla zəngin olan qidalar, fiziki fəaliyyətin qorunub saxlanması və çoxlu miqdarda suyun içilməsi yardım edir. Qarın işlədən dərmanlar qəbul etməyi planlaşdırırsınızsa, həkimlə məsləhətləşin. Təklif etdiyimiz ödənişsiz "Hamiləlik zamanı qəbizlik barədə bəzi faktlar" adlı məlumat vərəqini yükləyin.
Hamiləliyin 1-ci trimestrinin əsas mərhələləri.
- Mayalanmadan təxminən 7 gün sonra embrion uşaqlığın divarına implant olunur. Embrionun qidalanmasının və qorunmasının təmin edilməsi üçün cift, göbək bağı və amniotik kisə formalaşmağa başlayacaq.
- •Hamiləliyin birinci 12 həftəsi başa çatdıqdan sonra, uşaqlıq qarnın divarından əllənir, qarın böyüməyə başlayacaq.
Uşağın hamiləliyin 1-ci trimestrində inkişafı
1-ci trimestr başa çatdıqda:
- Körpənin bütün əsas orqanları formalaşmış olur, qan dövranı sistemi fəaliyyət göstərir.
- Cinsiyyət orqanlarının inkişafı başlamış olur.
- Əllərdə və ayaqlarda barmaqlar formalaşmış, dırnaqlar əmələ gəlmiş olur.
- Üz cizgiləri formalaşır.
- Körpənin bədəninin uzunluğu başından bədəninin aşağı hissəsinə qədər təxminən 6 sm təşkil edir, onu artıq tanımaq olur. Uşaq amniotik kisədə hərəkətlər edir, lakin siz hələ onun tərpənişlərini hiss etmirsiniz.
2-ci trimestr: 13-26-cı həftələr
Qadınların çoxu hamiləliyin 2-ci trimestrindən birincidən daha çox həzz alır, çünki səhər naxoşluğu, süd vəzilərindəki ağrılar və yorğunluq hissi aradan qalxır. Lakin bəzi digər simptomların əmələ gəlməsinə hazır olun!
- Ağrılar. Bədən toxumalarının dartılması nəticəsində, Siz böyür tərəflərinizdə və qarnınızın altında ağrılar hiss edə bilərsiniz. Çəkidə artım belinizdə ağrılara və ayaqlarınızda qıcolmalara səbəb ola bilər. Həkim Sizə bu cür hallar üçün sadə məşğələlər tövsiyə edəcək.
- Burun tutulması. Hormon miqdarının artması burun tutulmasına və burun qanaxmalarına gətirib çıxara bilər.
- Diş ətinin yumşaq olması. Diş ətiniz qanaxmaya meylli olmağa başlayır, buna görə ağız boşluğu gigiyenası xüsusi diqqət və diş fırçası ilə ehtiyatlı davranış tələb edir.
Qarın dərisi uşağın böyüməsi səbəbi ilə dartılması nəticəsində qaşına bilər. Gündəlik olaraq nəmləndirici kremdən istifadə etməyə çalışın ki, dartılmaların qarşısını alasınız!
- Dərinin qaşınması. Qarın dərisi uşağın böyüməsi səbəbi ilə dartılması nəticəsində qaşına bilər. Gündəlik olaraq nəmləndirici kremdən istifadə etməyə çalışın ki, dartılmaların qarşısını alasınız.
- Venaların varikoz genişlənməsi və babasil Hamiləlik zamanı Siz venaların varikoz genişlənməsinə və babasilə daha çox məruz qalacaqsınız. Həddindən artıq ayaq üstə durmamağa və oturmamağa, habelə ayaqlarınızı oturaraq çarpaz vəziyyətdə saxlamamağa çalışın. Anal nahiyədə narahatlıq və ya ağrılar əmələ gəldiyi zaman həkim babasilə qarşı vasitə təyin edə bilər.
- Uşaqlıq yolundan ifrazatlar. Uşaqlıq yolundan gələn, leykoreya adlandırılan ağ rəngli maye ifrazatlar hamiləliyin bu dövrü üçün normal haldır. Bu cür ifrazatlar uşaqlıq yolunu sağlam vəziyyətdə qoruyub saxlamaqda yardım edir. Siz başqa növ və ya rəngdə ifrazatlar gördükdə, konsultasiya üçün həkimə müraciət edin.
- Dəri piqmentasiyasının pozulması. Hamiləlik hormonları dəridə və qarında tünd ləkələrin əmələ gəlməsinə səbəb ola bilər. Günəş ləkələrin əmələ gəlməsi prosesini gücləndirə bilər, buna görə, küçəyə çıxarkən, günəşdən müdafiə kremindən istifadə edin. Dərini qorumadan günəşə çıxmaq əks göstərişlidir!
- Təngnəfəslik. Ağciyərlərinizdən, uşağın tələbatlarının qarşılanması üçün, daha çox oksigen keçdikcə, Sizdə təngnəfəslik və ya daha yüksək tənəffüs tempi əmələ gələ bilər.
- İştahanın güclənməsi. Uşaq böyüdükcə, Siz daima aclıq hiss edə bilərsiniz, lakin "iki nəfərin yeməyini yeməyə" ehtiyac yoxdur. Sizə yüngül qəlyanaltı lazımdırsa, sağlam qidalar seçin, məsələn, meyvə və ya qatıq.
Hamiləliyin 2-ci trimestrinin əsas mərhələləri
- Birinci dəfə Siz uşağın tərpənməsini hamiləliyin 18-20-ci həftələrində hiss edə bilərsiniz. Bu hadisəyə "canlanma" deyilir və o, əvvəlcə, qarında titrəmə kimi hiss olunur.
- •Uşaq böyüdükcə, qarnınız böyüməyə başlayacaq.
Uşağın hamiləliyin 2-ci trimestrində inkişafı
2-ci trimestr başa çatdıqda:
- Uşağınız tərpənir və toxunuşlara, səslərə reaksiya verir.
- Göz qapaqları açılmağa başlayır, qaşları və kirpikləri görünür.
- Dərisi nazik tüklərlə və ağımtıl-kremli rəngli ilkin yağlanma maddəsi adlandırılan maddə ilə örtülür.
- Udma və sorma refleksləri inkişaf etmiş olur.
- Başında saçlar çıxmağa başlayır.
- Əl barmaqlarında daktiloskopik naxış xətləri formalaşmış olur.
- Körpənin bədəninin uzunluğu başından bədəninin aşağı hissəsinə qədər təxminən 23 sm təşkil edir.
3-cü trimestr: 27-ci həftə — doğuş
Körpə artıq, demək olar ki, formalaşıb! Hamiləliyin son həftələrində, onun çəkisi artmağa davam edərkən və qapalı məkanda hərəkətlər edərkən, Siz özünüzü daha rahat hiss edə bilərsiniz. Mümkün qədər çox istirahət etməyə çalışın. Hamiləliyin 2-ci trimestrinin simptomlarına aşağıdakılar əlavə oluna bilər:
- Əllərin, ayaqların və üzün şişməsi. Orqanizmdə artıq maye əllərin, ayaqların şişməsinə və üzün şişkinliyinə səbəb ola bilər. İmkan daxilində, tez-tez üfüqü vəziyyətdə istirahət etməyə çalışın, bu zaman ayaqlarınızı yuxarı qaldırın, bu qan dövranını yaxşılaşdıracaq və ayaqlardakı yorğunluğu aradan qaldıracaq.
- Döş gilələrindən ifrazatlar. Döş gilələrindən ilkin süd, yəni süd əmələ gələnə qədər uşağın qidalanacağı maye ifraz oluna bilər. Paltarda ləkələrin qalmasının qarşısını almaq üçün büsthalterə xüsusi araqatlar qoyun.
Uşağınız dünyaya gəlməyə hazırlaşır və Siz yüngül "məşq" sancıları hiss edə bilərsiniz.
- Brekston-Hiks sancıları. Uşağınız dünyaya gəlməyə hazırlaşır və Siz yüngül "məşq" sancıları hiss edə bilərsiniz. Müntəzəm vaxt intervalları ilə əmələ gələn həmin sancılar Brekston-Hiks sancıları adlanır. Sancılar güclü və uzun müddətlidirsə, həkim çağırın. Bu, doğuşun başlaması əlaməti ola bilər.
Hamiləliyin 3-cü trimestrinin əsas mərhələləri
- Hamiləlik zamanı Sizin çəkiniz 10 kq-dan 16 kq-dək artacaq. Çəkinin artması əsasən uşağın, ciftin və amniotik mayenin çəkisi və qadının orqanizmində yağ miqdarının və mayenin artması sayəsində baş verir.
- 37 həftə tam hamiləlik müddəti hesab olunur.
Uşağın hamiləliyin 3-cü trimestrində inkişafı
3-cü trimestr başa çatdıqda:
- Uşaq çanaqda başı aşağı vəziyyətində olur və bununla da doğulmağa hazırlaşır.
- Uşağın orqanizminin sistemləri inkişaf etmiş və sərbəst şəkildə fəaliyyət göstərməyə hazır olmuş olur.
- Bədəni örtən yumşaq, narın tükü xatırladan tüklər itib.
- Uşağın bədəninin uzunluğu başından ayaq barmaqlarına qədər 46-56 sm təşkil edir.
Məlumat mənbələri:
4. Mədə-bağırsaq yolu xəstəlikləri üzrə ekspertlər qrupu Terapevtik rəhbərlik: mədə-bağırsaq yolu xəstəlikləri Versiya
5. Melburn: Therapeutic Guidelines Limited; 2011 г..